AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclası keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) akademiyanın fizika-riyaziyyat və texnika elmləri bölməsinin növbəti iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası açan bölmənin akademik-katibi Akif Hacıyev gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
Akademik A.Hacıyev bu il sentyabrın 13-dən 16-dək Avstriyanın Qrads Şəhər Elmlər Akademiyasının Fəza Tədqiqatları İnstitutunda keçirilməsi planlaşdırılan “Davamlı inkişaf naminə kiçik peyk proqramları” mövzusunda texniki simpozium haqqında iştirakçıları məlumatlandırmışdır. O bildirmişdir ki, tədbir BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi, Avropa Kosmik Agentliyi və Avstriya hökuməti tərəfindən təşkil olunacaqdır. Bu, BMT-nin kosmosdan istifadə proqramı çərçivəsində həyata keçirilən və kosmik texnologiyalar sahəsində ilkin potensialın yaradılmasına üzv dövlətlərə yardım məqsədi ilə 2009-cu ildən keçirilən növbəti üçüncü texniki simpoziumdur. Simpozium kiçik peyklərin hazırlanmasının texniki tənzimləmə, idarəçilik və hüquqi aspektlərini, eləcə də təhsildə, tədqiqatlarda və praktiki sahələrdə peyklərdən istifadə məsələlərini əhatə edəcəkdir. Simpoziumun dörd sessiya üzrə keçirilməsi nəzərdə tutulmuşdur.
Sonra AMEA RMİ-nin strukturunda dəyişikliklər edilməsi, həmçinin Milli Aviasiya Akademiyasının doktorant və dissertantlarının dissertasiya mövzularının müvafiq elm sahələri üzrə Problem Şuralarında baxılaraq qeydə alınması haqqında məsələ müzakirə edilərək təsdiq olunmuşdur.
İclasda kadr məsələlərinə də baxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]