ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsi üzrə doktoranturaya 16 nəfər qəbul olunub
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin növbəti ümumi yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, tədbir bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələrinin müzakirəsinə həsr olunub. Akademik cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 16 nəfərin qəbul olunduğunu bildirib.
Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.