“American Music Awards” mükafatının nominantları elan edilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). ABŞ-da əsas musiqi mükafatı sayılan “American Music Awards - 2013” mükafatı uğrunda mübarizə finiş xəttinə çıxmışdır. Nominantlar elan edilmiş, səsvermə başlanmışdır, mərasimin noyabrın 24-da keçiriləcəyi məlumdur, bukmekerlər isə artıq çoxlarının həsrətlə gözlədiyi heykəlciklərin gələcək sahibləri barədə mərcləri qəbul etməyə başlayırlar.
AZƏRTAC Xarici KİV-lərə istinadən bildirir ki, “American Music Awards - 2013” mərasimində çıxış edəcək şəxslərin adları da şəbəkədə yayılmışdır.
Mayli Sayrus, One Direction və Imagine Dragonsun həmin səhnədə çıxış edəcəkləri bir qədər əvvəl məlum idi. İndi bu siyahıya Lady Gaga, Kendrik Lamar, Lyuk Brayan və Macklemore&Ryan Lewis də əlavə olunmuşdur.
Maraqlıdır ki, ənənəyə görə mükafat 8 nominasiyada təqdim edilirdi, bu il isə “İlin Sinqli” adlı daha bir nominasiya əlavə olunmuşdur. Həmin nominasiyada qələbə uğrunda ki, Florida Georgia Line - Cruise, Macklemore&Ryan Lewis - Thrift Shop, Robin Tik - Blurred Lines trekləri mübarizə aparacaqlar.
Yeri gəlmişkən, indiyə qədər məhz qazanılmış heykəlciklərin sayına görə Macklemore və Ryan Lewis mübahisəsiz liderlərdir, bu il isə onlar altı mövqedə, o cümlədən ən nüfuzlu “İlin Artisti” nominasiyasında mübarizəyə qatılacaqlar.
Ən gözlənilməz fakt budur ki, “American Music Awards-2012” yarışmasında üç mükafat almış məşhur Kanada musiqiçisi Castin Biber bu il heç bir nominasiyada təqdim edilməmişdir.
Xatırladaq ki, “American Music Awards - 2013” mərasimi noyabrın 24-də Los-Ancelesdə olacaq.