Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDAKI FACİƏYƏ DAİR

ABŞ Prezidenti Corc Buş ölkəyə televiziya ilə müraciətində bəyan etmişdir ki, terrorçular Amerikanı qorxuda bilməyəcəklər. O, Vaşinqtonda Pentaqonun və Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin/DTM/ binalarına endirilmiş zərbələri amerikalıların “həyat tərzinə və azadlığına ABŞ-ın milli təhlükəsizliyinə” zərbələr kimi qiymətləndirərək vurğulamışdır: “Onlar polad konstruksiyaları sarsıda bilərlər, amma Amerikanın polad irardəsini qıra bilməzlər”.

               Prezident Buş ağır sınaqlar günündə həyanlıq sözləri ilə ona müraciət etmiş dünya liderlərinə Amerika xalqı adından minnətdarlığını bildirmişdir. O demişdir: “Biz terrorizmə qarşı mübarizədə birlikdə qalib gəlmək üçün çiyin-çiyinə durmuşuq”.

              Amerika dövlətinin başçısı bəyan etmişdir: “Bizim ən öncül vəzifəmiz zərərçəkənlərə yardım göstərməkdən və vətəndaşlarımızı evdə və dünyanın hər yerində yeni basqınlardan qorumaq üçün bütün lazımi ehtiyat tədbirlərini görməkdən ibarətdir”.

            Prezident xatırlatmışdır ki, onun göstərişi ilə hazırda ABŞ-ın kəşfiyyat və hüquq-mühafizə orqanlarının bütün imkanları faciənin günahkarlarının aşkara çıxarılmasına və cəzalandırılmasına yönəldilmişdir. Vaşinqton “terrorçularla .... və onları gizlədənlər arasında fərq qoymaq” niyyətində deyildir.

 

                       X                    X                          X

 

         ABŞ-ın ədliyyə naziri Con Eşkroft rəsmən təsdiqləmişdir ki, “Amerikən eyrlaynz” və “Yunayted eyrlaynz” aviaşirkətlərinin dörd təyyarəsi terrorçular tərəfindən qaçırılmışdır. Nazir bildirmişdir ki, bıçaqla silahlanmış cinayətkarlar Bostondan Los-Ancelesə uçan iki təyyarəni ələ keçirmişlər. Kamikadze-terrorçular təyyarələrin marşrutlarını dəyişditdirmiş və onları Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi “əkiz” göydələnlərin düz üstünə yönəltmişlər. Vaşinqtondan Los-Ancelesə ucan üçüncü təyyarə Pentaqonun divarlarına dəymişdir. Nəhayət, Nyu-Arkdan San-Fransiskoya uçan dördüncü təyyarə Pensilvaniya ştatının Pittsburq şəhəri yaxınlıfında yerə dəymişdir.

                             X                     X                     X

 

              DTM-nin binalarında işləmiş adamlarla və buraya gələn turistlərlə yanaşı, həyacan siqnalı ilə özünü oraya yetirən yanğınsöndürənlər də terror əməllərinin qurbanları olmuşlar.

               Nyu-York yanğınsöndürənləri həmkarlar ittifaqının ilkin hesablamalarına görə, onların çağırışlara birinci gəlmiş 200-dək həmkarı da güman ki, həlak olmuşdur. 

               Binalarda və onların ətrafında yanğınsöndürənlərlə birlikdə çoxlu polis də var idi. Polis idarəsinin nümayəndələri demişlər ki, sentyabrın 11-də axşama olan məlumata görə, 78 polis nəfəri itgin düşmüşdür.

         ABŞ Müdafiə Nazirliyinin binasındakı terror əməli nəticəsində həlak olanların və yaralananların sayı, binaya dəymiş təyyarənin sərnişinləri də daxil olmaqla, 100 nəfərə çatmışdır.

 

                               X                        X                   X

 

                Ekspertlərin fikrincə, bu cür mürəkkəb əməliyyatı yerinə yetirməyin, üstəlik, Amerikanın xüsusi idarələrinin ondan xəbər tutmaması üçün ona belə hazırlaşmağın öhdəsindən ancaq iki-üç məşhur terror təşkilatı gələ bilərdi. Bu siyahıda 1-ci yerdə  Əfqanıstanda gizlənən Hüsəma ben Ladenin qruplaşması durur. Ekspertlər nəzərə çarpdırırlar ki, baş vermiş hadisə “XX1 əsrin müharibəsidir”. Kütləvi qırğın silahlarının yayılması problemləri ilə məşğul olan “Qloubl sekyuriti” təşkilatının aparıcı analitiki Tim Braun demişdir: “Terror əməlləri belə bir tezisi yalnız təsdiqləyir ki, indiki terrorçulara kütləvi qırğın vasitələrini - nüvə silahlarını, kimyəvi və ya bakterioloji silahları ələ keçirməyə çalışmaq qətiyyən lazım deyildir. Onlara ancaq yanacaqla dolu təyyarələr lazımdır”.

                              X                        X                  X

        Roma Papası İoann 11 Pavel ABŞ-da törədilmiş terror əməllərini “sözlə təsvir edilə bilməyən dəhşət”, “terrorçuların antihumanist həmləsi” kimi səciyyələndirmişdir. Roma katolik kilsəsinin başçısı Prezident Corc Buşa göndərdiyi məktubda bu hadisələrlə əlaqədar Amerika xalqına dərin hüznlə başsağlığı vermişdir.

                        X                         x                         x

         Avropa Şurası dünya birliyini “terrorizmin bütün formalarına qarşı mübarizə üçün dərhal birgə tədbirlər görməyə” çağırmışdır. AŞ rəhbərliyinin bəyanatında deyilir ki, “müharibə aparmayan dövlətin - ABŞ-ın ürəyinin başında dəhşətli terror əməlləri törədilmişdir. Bu ağlasığmaz dərəcədə ağır cinayətlər bütün demokratik ölkələr tərəfindən qətiyyətlə birgə cavab verilməsini tələb edir”. 

                     X                      x                   x

     Terrorçuların ABŞ-a hücumu dünya bazarında neftə tələbatın kəskin surətdə artmasına gətirib çıxarmışdır. Brokerlər ehtiyat edirlər ki, son hadisələr Yaxın və Orta Şərqdə siyasi sabitliyi poza və həmin regionlardan neft göndərilməsində fasilələrə səbəb ola bilər.

         Nəticədə, sentyarbın 11-də hərraclar bağlanarkən bütün əmtəə birjalarında neftin qiyməti xeyli qalxmışdır. Məsələn, Londonda bir barrel neftin qiyməti 13 faiz bahalaşaraq, 31,06 dollara çatmışdır.

Belə bir şəraitdə OPEK-in baş katibi Əli Rodriges xüsusi bəyanat verərək vurğulamışdır ki, təşkilatın ölkələri bazarda lazımi miqdarda neft olmasını təmin edəcəklər. O demişdir:  “Lazım gələrsə, OPEK sərbəst ehtiyatlardan istifadə etməyə hazırdır”.

                                X                     x            x

        Sentyabrın 11-də ABŞ-a qarşı həyata keçirilmiş terror əməlləri təxminən Əlcəzairin slahlı islam qrupu yaraqlılarının 1994-cü ildə az qala yerinə yetirəcəkləri eyni ssenari üzrə icra edilmişdir.

            1994-cü il dekabrın 24-də bu qrupun dörd silahlı yaraqlısı  Fransanın “Eyr Frans” aviaşirkətinin Əlcəzair paytaxtından Parisə uçacaq təyyarəyə soxula bildmişdi. Təyyarə hələ yerdə ikən ələ keçirilmiş və bu zaman üç sərnişin həlak olmuşdu. Quldurlar maksimum sayda insan tələfatı törətmək üçün təyyarəni sərnişinlərlə birlikdə Paris üzərində partlatmaq niyyətində idilər. Bununla da terrorçular,onların fikrincə, dini ekstremizmə qarşı mübarizədəƏlcəzair rəhbərliyinə kömək göstərən Fransanı “cəzalandırmaq” istəyirdilər.

           Uçuş zamanı təyyarəçilər quldurları guya əlavə yanacaq doldurmaq üçün Marselə enməyin zəruriliyinə inandıra bilmişdilər. Təyyarə yerə enən kimi Fransanın xüsusi təyinatlı qüvvələri onu bir göz qırpımında tutmuş və quldurları məhv etmişdilər.

             Artıq 10 ilə yaxındır ki, Əlcəzair islam terrorçuları ilə mübarizə aparır. Çoxlarının “unutduğu” bu müharibə  100 mindən artıq əlcəzairlinin həyatını güdaza vermişdir.

                                      X             X             X

            İTAR-TASS xəbər verir ki, Britaniya Psixologiya Cəmiyyətinin mütəxəssisi Lesli Karrik-Smitin dediyinə görə, ölüməgedən terrorçular bəşəriyyət üçün əhəmiyyətli olan hər hansıobyekti, məsələn, Londondakı Bukinhem sarayını və ya Britaniya parlamentinin binasını hədəf kimi seçə bilərdilər. O demişdir: “Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi, bir növ, sivilizasiyanın müqəddəs ocağıdır. İnsanlar demokratiyaya qarşı bu dəhşətli meydanoxumanın mahiyyətini çox ləng dərk etməyə başlayacaqlar. Bundan sonra ictimaiyyət heç zaman özünü tam təhlükəsiz hiss etməyəcəkdir”.

Londondakı Modsli hospitalının psixiatrı Maykl Aysakagörə, ABŞ-da törədilmiş faciə Nyu-York sakinlərinin həyat tərzini həmişəlik dəyişdirəcəkdir. Belə sarsıntıdan sonra insanda posttravmatik stress inkişaf etməyə başlayır”. Həkim xəbərdarlıq etmişdir ki, Nyu-Yorklular ömürlərinin axırınadək baş verənlərin hər hansı şəkildə xatırlanmasından çəkinəcəklər. Bu, onlarda dərin ruhi sarsıntıya səbəb ola bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA