Anadolu agentliyinin qar uçqunu altında qalan əməkdaşının ayaqqabısı tapılıb
Ankara, 12 may, AZƏRTAC
Qar uçqunu altında qalaraq itkin düşən Türkiyənin Anadolu agentliyinin əməkdaşı Abdülkadir Nişancının axtarışı davam edir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işlərinə 220 nəfərlik heyət cəlb olunub. Ən son məlumata görə, Karaçam ərazisində dərə kənarında tapılan ayaqqabı tayının Abdülkadir Nişancıya məxsus olması təsdiq edilib.
Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]