Ankarada FETÖ terror təşkilatını ifşa edən “Şəbəkə” sənədli filmi nümayiş olunub
Ankara, 15 iyul, AZƏRTAC
Ankarada 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirlərin, millət vəkillərinin, Ankarada fəaliyyət göstərən səfirlərin və digər rəsmilərin iştirakı ilə keçirilən mərasim Türkiyənin dövlət himninin oxunması ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ticarət naziri Ruhsar Pekcan, Xarici İqtisadi Əlaqələr Təşkilatının sədri Nail Olpak və TRT-nin baş direktoru İbrahim Erenin çıxışları dinlənilib. Çıxışlarda 2016-cı il iyulun 15-də Türkiyədə hərbi yolla dövlət çevrilişi cəhdinin təfərrüatlarından danışılıb. Diqqətə çatdırılıb ki, Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşərək bu xain çevriliş cəhdinin qarşısını alıb.
Sonra FETÖ terror təşkilatının iç üzünü göstərən “Şəbəkə” sənədli filmi nümayiş olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]