İQTİSADİYYAT
“Apple” boşluqların aşkar edilməsinə görə 200 min dollar ödəməyə hazırdır
Bakı, 6 avqust, AZƏRTAC
“Apple” şirkətinin nümayəndələri bəyan ediblər ki, onların istehsalı olan qurğuların fəaliyyətində səhvlərin tapılmasına görə kompyuter mütəxəssislərinə 200 min dollar ödəməyə hazırdırlar. Belə addım şirkətin məhsullarının keyfiyyətinin artırılmasına xidmət edir. Ödəniləcək məbləğ aşkar edilmiş problemin əhəmiyyətindən asılı olaraq dəyişəcək.
AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, şirkət hələ ki, yalnız indiyədək əməkdaşlıq etdiyi ekspertlərlə işləyəcək. Ancaq yaxın gələcəkdə mobil texnologiyalar sahəsində başqa mütəxəssislərin cəlb ediləcəyi istisna edilmir.