“Apple” şirkəti Formula 1 haqqında film çəkəcək
Bakı, 6 yanvar, AZƏRTAC
“Apple” şirkəti Formula 1 haqqında yeni tammetrajlı film çəkəcək.
AZƏRTAC xəbər verir ki, əsas rollardan birində Hollivud aktyoru Bred Pitt çəkiləcək. Filmin çəkilişində “Mercedes”in pilotu Luis Hamiltonun da iştirak edəcəyi nəzərdə tutulub.
Filmin süjet xəttinə əsasən, Bred Pitt təqaüdə çıxmış pilot rolunu oynayacaq və gənc sürücüyə trasda uğur qazanmağı öyrədəcək. Eren Krugerin ssenarisi əsasında çəkiləcək filmin prodüseri Cerri Brukhaymerdir.
Hazırda filmin büdcəsi 130 milyon ABŞ dollarıdır. Filmin premyera tarixi hələ müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]