Aprelin 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi 773 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz əsasən yağmursuz keçəcək, temperatur gecə 2-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-6°, gündüz 13-18° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturu gecə 3-8°, gündüz 15-20° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 4-7°, gündüz 13-18° isti,
dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaqdır.