Aqrar sahədə “AMAL” layihəsi ilə bağlı dəyərləndirmə aparılıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin FAO ilə birgə həyata keçirdiyi “Aqrar məşğulluğun artırılması” layihəsi ilə bağlı dövlət qurumlarının nümayəndələrinin görüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “AMAL” layihəsi ilə bağlı dəyərləndirmə aparılıb, layihə çərçivəsində görülmüş işlərə qiymət verilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəmizdə aqrar sahədə mühüm islahatların həyata keçirildiyini və ərzaq təhlükəsizliyi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.
Nazir müavini qeyd edib ki, görülən tədbirlər beynəlxalq təşkilatların da hesabatlarında öz əksini tapıb.
S.Cəfərov bu baxımdan aqrar sektorda FAO ilə əməkdaşlığı da yüksək qiymətləndirib.
Tədbirdə, həmçinin “AMAL” layihəsi ilə bağlı geniş məlumat verilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, FAO-nun Azərbaycandakı Ofisinin, Dövlət Məşğulluq Agentliyinin, KOBİA-nın, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəsmiləri iştirak edirlər.