Aralıq dənizində delfinləri məhv edən virus aşkar olunub
Madrid, 14 sentyabr, AZƏRTAC
Atlantik okeanından Aralıq dənizinə yayılmış yeni virus ştammı delfinlərin məhvinə səbəb olur.
AZƏRTAC xəbər verir ki, morbillivirus adlanan bu yeni virus insanda qızılca və iribuynuzlu heyvanlarda taun xəstəliyi törədən viruslar ailəsinə aiddir. Virusun bu növü Aralıq dənizi bölgəsi üçün səciyyəvi olan yerli ştamm ilə müqayisədə daha aqressivdir, lakin o, epidemiyaya səbəb olmur, yalnız ayrı-ayrı fərdlərə təsir edir.
Okeanoqrafiya fondundan olan tədqiqatçılar yaranmış vəziyyəti Komplutense Universitetindən və Heyvanların sağlamlığının öyrənilməsi mərkəzindən, habelə Las-Palmas de-Qran-Kanariya Universitetindən olan alimlərlə birgə təhlil edərək bu qənaətə gəliblər.
2011-ci ildə - bu virusun İspaniyada sonuncu dəfə yayıldığı dövrdə ay yarım ərzində təkcə Valensiya sahillərində 50-dən çox delfin cəsədi tapılmışdı. Bir il sonra virusun yeni ştammı aşkar edilib. Alimlər güman edirlər ki, ştammın bu yeni növü Aralıq dənizinə Atlantik okeanı sularında yaşayan virus daşıyıcıları vasitəsilə gəlib çıxıb. Çox ehtimal ki, bunlar delfinlər olub və sonradan yerli delfin növlərinə bu virusu yoluxdurublar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]