Asgar Xaqani: Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycanda da ürək transplantasiyası əməliyyatı reallaşacaqdır
Bakı, 14 may (AZƏRTAC). “2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresinin Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir. Burada dünyanın 25 ölkəsindən ən tanınmış mütəxəssislər iştirak edirlər. Onların Azərbaycanın dəvətini qəbul etməsi bu ölkədə kardiologiyanın nə dərəcədə inkişaf etdiyindən xəbər verir.
Bu sözləri konqresin ABŞ-ı təmsil edən iştirakçısı, transplantoloq Asgar Xaqani AZƏRTAC-a müsahibəsində demişdir.
O əlavə etmişdir ki, mən 2 il bundan əvvəl də bu tədbirin iştirakçısı olmuşam. “2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresi yeni məlumatlar əldə etmək, kardiologiyanın problemlərinin müzakirə olunması baxımından bizim üçün çox əhəmiyyətlidir.
Mindən çox xəstə üzərində ürək transplantasiyası əməliyyatını reallaşdırdığını deyən həkim Azərbaycanda da çox yaxşı mütəxəssislərin olduğunu və ürək transplantasiyasının yaxın vaxtlarda burada da həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]