MƏDƏNİYYƏT
Aşıq Şəmşirə həsr olunmuş elmi konfrans keçiriləcəkdir
Bakı, 11 noyabr (AZƏRTAC). Dekabrın 5-6-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda elmi konfrans keçiriləcəkdir.
Folklor İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, konfransda türk dünyasının tanınmış musiqişünas alim və sənətkarlarının iştirakı gözlənilir.
Şəcərəsi Miskin Abdal soyundan başlanan, el şairi ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşirin bu il 120 illiyi qeyd olunmaqdadır. Ustad sənətkar Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaratmış, yetmişdən artıq saz havasını və 20-dən çox dastanı peşəkarlıqla ifa etmişdir. Onun zəngin irsi Azərbaycan ilə yanaşı, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:24]
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
- 02.07.2024 [15:12]
İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub
- 02.07.2024 [15:10]
“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb
- 02.07.2024 [11:52]
“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə
- 02.07.2024 [10:40]
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert
- 02.07.2024 [01:27]