REGİONLAR
Astarada qanunsuz ov edənlər saxlanılıblar
Astara, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İ.Rufullayev və S.Rüstəmov və Lənkəran rayon sakini S.İsmayılov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan “İj-58” markalı iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2024 [13:57]
Şəhid Vurğun Seyidov Ağsuda dəfn olunub
- 24.05.2024 [13:41]
Şəhid İlqar Rəhimov Göyçayda dəfn olunub
- 24.05.2024 [12:38]
Kənd təsərrüfatı nazirinin müavini Şabranda vətəndaşları qəbul edəcək
- 24.05.2024 [12:17]
Saatlıda becərilən “Göycə” alçası xaricə də satılacaq
- 24.05.2024 [08:08]
Balakəndə sel daşqınlarına qarşı tədbirlər görülür VİDEO
- 23.05.2024 [21:32]