Astarada qohumunun evindən 100 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Bakı, 3 mart, AZƏRTAC
Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin əməli törətməkdə şübhəli bilinən şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlərlə” müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Astara rayon sakini Rövşən Cəlilov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyaları həmin şəxsin gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.