Astarada yeniyetmələr arasında stolüstü tennis turniri təşkil olunub
Astara, 23 yanvar, İlkin Adıyev, AZƏRTAC
Astarada “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında stolüstü tennis idman növü üzrə Astara rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, stolüstü tennisə marağın artırılması və perspektivli idmançıların üzə çıxarılması olub.
Yarışda rayonun müxtəlif təhsil müəssisələrini və idman klublarını təmsil edən yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qaliblər müəyyənləşdirilib.
Yekunda I, II və III yerləri qazanan idmançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.