ASTARALI MÜƏLLİMLƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİYİ İLƏ ƏLAQƏDAR BAKI ŞƏHƏRİNƏ PİYADA YÜRÜŞƏ BAŞLAMIŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 2-də Astara rayonunun Kijəbə qəsəbə orta məktəbinin müəllimləri Sabir Fətullayev, Qadir Həsənov və Ərçivan kənd orta məktəbinin müəllimi Fariz Rzayev ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Bakı şəhərinə piyada yürüşə başlamışlar.
Yaşı 50-dən yuxarı olan müəllimlər mayın 10-da, ümummilli liderimizin doğum günündə Bakı şəhərinə çatmağı və ulu öndərin məzarını ziyarət etməyi qərara almışlar.
Astaralı müəllimlər şəhərin mərkəzi meydanında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri duzərək xatirəsini ehtiramla yad etdikdən sonra respublikamızın paytaxtına yola düşmüşlər.
Yürüş iştirakçılarını rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev və ictimaiyyətin nümayəndələri yola salmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]