Aşura günü ilə əlaqədar Qubada könüllü qanvermə aksiyası keçirilmişdir
Quba, 14 noyabr (AZƏRTAC). Aşura günü ilə əlaqədar Qubada könüllü qanvermə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, qan verən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə Səhiyyə Nazirliyinin Bahadır Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutun Mərkəzi Qan Bankının Quba bölməsinə müraciət etmişlər. Aksiyaya qoşulanlar həkimlər tərəfindən müayinə olunmuş, qan faizi aşağı olanlardan eyni zamanda xəstəliyi olan vətəndaşlardan qan alınmamışdır. Qanvermə aksiyası sakinlərin aktivliyi ilə yadda qalmışdır.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.