Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ata, yollara baxma!

Vətən müharibəsi şəhidi Şirxan Xaməmmədovun əziz xatirəsinə

Bakı, 2 noyabr, Abdulla Suvar, AZƏRTAC

İnsan oğlu dünyaya göz açdığı gündən yollardadır. Elə hey tələsə-tələsə harasa gedir, haradansa gəlir. Ona çox vaxt ömür yolu da deyirlər. İnsan oğlu doğulandan ölənə qədər bu yolu gedir. Amma bir yol var ki, o yolu keçmək hər kəsə müyəssər olmur. Yalnız Vətənin azadlığı yoluna çıxanlar o yolun yolçusu olur, o yolda canından keçir. 2020-ci il sentyabrın 27-də minlərlə vətən oğlu da o yola - Vətən yoluna, onun bütövlüyü, tamlığı, azadlığı yoluna çıxdı. Geri qayıdanlar da oldu, Vətən səmasına çəkilib əbədiyaşarlıq qazananlar da. 44 günlük Vətən müharibəsi 2907 Vətən oğluna əbədiyaşarlıq bəxş etdi. Onların çıxdığı yol bir tarix oldu, oxunan, oxunulacaq, yazılan və yazılacaq tarix. Belə oğullarımızdan biri də 22 yaşında şəhadətə ucalan Şirxan Xaməmməd oğlu Xaməmmədovdur.

Şirxan Xaməmmədov 1998-ci il fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb. Şirxan Xaməmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ( MAHHXHQ) kimi xidmətə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-snayper kimi iştirak edib. Şirxan Xaməmmədov noyabrın 1-də Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 4-də Şamaxı rayonunun Məlikçobanlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şirxan Xaməmmədov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda", “Hərbi xidmətə görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şirxangil ailədə 3 övlad olublar. O, ailənin yeganə oğul övladı idi.

Bəlkə də Qarabağ savaşında şəhid olan oğullarımızın çoxunun tərcümeyi-halı bu qədər qısadır, bir vərəqlikdir, amma onların göstərdiyi igidliklər nə vərəqlərə sığar, nə kitablara...

Şirxan Xaməmmədov uşaqlıqdan hərbçi olmaq istəyib və ailəsinin dəstəyi ilə arzusunu reallaşdırıb. 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb, Şuşaya qədər qəhrəmancasına vuruşub, peşəkar snayper kimi düşmənə amansız zərbələr endirib.

Şirxanın snayper olmağı heç də bir təsadüfi deyildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən keçirilən “Xüsusi snayper tapşırıqları” kursunu uğurla bitirib sertifikat almışdı. Qardaş Türkiyədə də bu sənətin sirlərini dərindən mənimsəmək üçün təlimlərdə iştirak etmişdi. Dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlarla təltif edilmişdi. Bir sözlə, vaxtını hədər keçirməmişdi Şirxan. O, təkcə medallar qazanmamışdı, həm də özünə dəyərli dostlar, silahdaşlar qazanmışdı. Bu gün onun yoxluğu ilə barışmayan dostları, komandirləri Şirxanın peşəkarlığından ürək dolusu danışırlar.

44 günlük Vətən müharibəsində Şirxan Xaməmmədovun bölük komandiri olmuş Mirzə Musayev onu belə xatırlayır: “Şirxanla tanışlığımız 2018-ci ilin iyul ayında olub. Həmin vaxt Şirxan bizim bölməyə yeni gəlmişdi, mən isə başqa bölmədə idim. 2019-cu ildən Şirxanın bölük komandiri olmuşam. Şirxan qısa bir müddətdə yoldaşları və komandir heyəti tərəfindən hörmət qazandı, dəfələrlə snayper kurslarında yüksək nəticə əldə etdi, çox intizamlı, mədəni, fiziki cəhətdən sağlam bir hərbi qulluqçu idi, daim üzü gülərdi. Vətən müharibəsinə qatıldığımız gündən Füzuli, Xocavənd istiqamətində müxtəlif strateji yüksəkliklərin əldə olunması, qorunub saxlanması, düşmənin əks-hücumunun qarşısının alınması, bir sıra kəndlərin azad olunması tapşırıqlarını icra etdiyimiz vaxt Şirxan yüksək bacarıq və professionallıq göstərmişdi. Biz həmin vaxt Şuşa istiqamətində hərəkət və Şuşanın azad olunması tapşırığını aldıq. Şuşa istiqamətində hərəkət edərkən müxtəlif strateji yüksəkliklərin və kəndlərin azad olunmasında Şirxan kurslarda öyrəndiyi bilik və bacarıqlarını tətbiq edir, verilən tapşırıqları dəqiq yerinə yetirirdi. Oktyabrın 30-da Daşaltı kəndi yaxınlığında yüksək strateji əhəmiyyət daşıyan 1553 metrlik yüksəkliyin əldə olunması tapşırığını aldıq və yüksəklikdə olan düşmən qüvvələrini darmadağın etdik. Şirxan yenə də əzmkarlıqla, yorulmadan, qorxmadan bir snayper olaraq öz tapşırığını yüksək səviyyədə yerinə yetirirdi. Noyabrın 1-də düşmən artilleriyasının atdığı mərmilər nəticəsində Şirxan başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucaldı. Şirxan bizim ucun çox əziz və əvəzolunmaz bir dost, qardaşdır, onun ölümü hər birimizin qəlbinə bir dağ çəkdi...”

Şirxanın Şuşanın yaxınlığında çəkib vatçap üzərindən atasına göndərdiyi son videogörüntü var. Ölümündən bir neçə gün, bəlkə də bir neçə saat əvvəl çəkilib. Şirxan çox böyük şövq və ürəklə atasına səslənərək deyir: “Ay dədə, eşidirsən məni, gəlmişəm Şuşaya. Şuşadayam, vaxt vardı Birinci Qarabağ döyüşlərində vuruşanlara baxıb fikirləşirdik ki, görəsən biz də elə ola biləcəyik. Gənc nəsil özün göstərdi, tarix yazdı...”

Bəli, Şirxan kimi oğullar İkinci Qarabağ savaşında həm tarix yazdı, həm də tarixə döndü. Bu tarixi savaşda Şirxanla sona qədər çiyin-çiyinə döyüşənlərdən biri də “N” saylı hərbi hissənin kiçik çavuşu, kəşfiyyatçı Süleyman Məhərrəmov olub. Şirxanın ailəsinə çox bağlılığını, evlərinə getmək, ata-anasını, bacılarını görmək arzusunda olduğunu söyləyən S.Məhərrəmov deyir ki, o, bir ildən çox idi, evlərinə getməmişdi, müharibənin qurtarmasını gözləyirdi...“Şirxan Xaməmmədov 44 günlük Vətən müharibəsi zamanı öz sözünü döyüş meydanında deməyi bacaran igidlərimizdəndir. Bizim onunla döyüş yolumuz Füzuli istiqamətindən başladı və Şuşanın Daşaltı kəndinə qədər davam etdi. Şirxanla Daşaltıda, Şuşa yolunda 1553 metr yüksəklikdə ermənilərin hərəkət istiqamətlərini izləyirdik. O, snayper kimi öz işini nümunəvi yerinə yetirirdi. Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə mən, Şirxan və qrup komandirimiz Cavad Səmədov bir yerdə müşahidələr aparırdıq. Gecə ermənilərin xüsusi təyinatlıları həmin yüksəkliyi almaq üçün bizə hücum etdilər, biz bu hücumun qarşısını ala bildik. Onlar xeyli canlı qüvvə itirərək geri çəkildilər. Biz növbə ilə müşahidələr aparır, düşmənin hərəkət istiqamətini öyrənməyə çalışırdıq. Mən yerimi Şirxanla dəyişdim. Qəfil bizim mövqelərimiz erməni silahlıları tərəfindən güclü artilleriya atəşinə tutuldu və ermənilərin atdığı minomyot mərmisi bizim səngərin yanına düşdü. Qəlpə Şirxanı başından yaralamışdı. Biz onu səngərdə yerə uzatdıq, sanitarlar yardım göstərsə də, yarası ağır olduğundan onu həyata qaytarmaq mümkün olmadı...”

Daşaltı kəndi Şuşadan 3-4 kilometr məsafədə, Şuşa-Laçın magistral yolu boyunca yerləşir və 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1992-ci ilin yanvarında uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”nda rəsmi məlumatlara görə, Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Sözsüz ki, bu qisas alınmalı idi, alındı da. Şirxanın torpağa tapşırıldığı gün - noyabrın 4-də Daşaltı şanlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu.

“Şəhid olmamışdan əvvəl Şirxan yaralı döyüş yoldaşlarının atəş mövqeyindən uzaqlaşdırılmasında çox böyük fədakarlıq edib. Şirxanın çox arzuları vardı, ən böyük arzusu da bacısının ali məktəbə qəbul olunmasını görmək idi”, - deyən “N” saylı hərbi hissənin giziri, snayper, manqa komandiri Tağı Kərimov öz döyüş yoldaşını olduqca çevik, yerini bilən, hərbi hissədə böyük hörmət qazanmış, peşəsinə məsuliyyətlə yanaşan hərbçi kimi xatırlayır: “O, MAHHXHQ kimi xidmət göstərirdi. Peşəkar snayper kimi dəfələrlə fəxri fərmanlar almışdı. Biz İkinci Qarabağ savaşında onunla Füzuli, Hadrud, Xocavənd istiqamətində gedən döyüşlərdən başlayaraq Şuşayadək böyük döyüş yolu keçdik. Düdükçü, Muxtar, Tuğ, Ağbulaq, Çanaqçı və digər kəndlərin düşmən tapdağından azad olunması istiqamətində uğurlu əməliyyatlarda iştirak etdik. Şuşaya gedən yolun düşmən tapdağından təmizlənməsində, Daşaltı kəndinin azad edilməsində iştirak etdik. Son döyüşü Şuşanın yaxınlığında, 1553 metr yüksəklikdə oldu. O, düşmən tərəfindən atılan top mərmisindən başından qəlpə yarası alaraq şəhadətə ucaldı. Həmin döyüşdə çox böyük itkilərimiz oldu. Seymur İbrahimov, Yalçın Rəhimov, Elvin Sadıqov, Toğrul Xudiyev həmin istiqamətdə şəhid oldular. Başqa bölüklərimizin hərbi qulluqçularından da şəhid olanlar oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şirxandan geriyə qalan əşyalar arasında 11-ci sinfi bitirəndə müəllimlərinə ünvanlandığı bir məktub da var. Əslində, bunu Şirxanın vicdanı qarşısında hesabat da hesab etmək olar. Görünür, illərlə ipə-sapa yatmayan, nadinc uşaq olduğundan son anda üzrxahlıq etməyi özünə borc bilib. 2015-ci il mayın 12-də yazılan bu qısa mətndə Şirxan deyir: “...Mən məktəbi bitirəndən sonra Vətənə layiqli oğul olacağam, ən çox da atama, anama layiqli oğul olacağam. Bütün müəllimlər məni bağışlasın, əlvida məktəb illəri”.

Dediyi kimi də oldu. Nəinki doğulduğu ailəyə, oxuduğu məktəbə, həm də mənsub olduğu millətə, xalqa layiqli oğul olaraq özünü sübut etdi.

Şirxanın şəhid xəbərini eşidəndə atası Xaməmmədin baxışları gəldi gözlərim önünə. O baxışlar elə hey yol yoldaşı oldu mənimlə. Qəribə baxmağı vardı insanlara, çatma qaşları arasından uzaqlara dikilən baxışlarda heç vaxt hiylə, hikkə, paxıllıq, təkəbbür görmədim. Onun baxışları o qədər saf, təmiz idi ki, adam baxanda özünü görə bilərdi. Allah ona belə bir ucalıq bəxş etmişdi.

“Oğlum sərrast nişançı olduğundan dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlar alıb. Hərbi xidmət dövründə komandirləri hər zaman ondan razılıq edib. Mərdliyi, igidliyi, qorxmazlığı, cəsarəti, düzlüyü ilə hər zaman tay-tuşlarından seçilib. Mən onunla fəxr edirəm. Oğlumu təkrar görmək, qələbə sevincini onunla yaşamaq nəsib olmadı, amma bütün xalqımız şəhidlərimizlə qürur duyur. Elə də mən. Allah bütün şəhidlərimizə rəhmət eləsin...” Bu, oğlunun yasında da təmkinli, qürurlu gördüyüm şəhid atasının sözləridir.

Şirxanın anası Sahibə Xaməmmədova isə oğlu ilə fəxr etdiyini deyir: “13 aydan çox idi oğlumu görmək həvəsi ilə yaşayırdım. Müharibənin bitməsini gözləyirdim. Balam tez-tez zəng də etmirdi ki, səsini eşidim. 13 ay tək övladımın üzünə, qoxusuna həsrət qaldım. Mən oğlum üçün nə xəyallar qururdum. O, evimin, ocağımın nuru idi. Balamla bağlı xəyallarım ürəyimdə qaldı. Oğlum şəhid olub üçrəngli bayrağa bükülüb son dəfə evinə gəldi. Yoxluğu ilə barışmasam da, amma onunla fəxr edirəm. Şirxan kimi oğulun anası olduğum üçün qürur duyuram...”.

Bu gün Şirxanın doğulub boya-başa çatdığı evdə hara baxırsan Şirxanın şəkilləri danışır. Bu şəkillərin hər biri özündə tarix yaşadır, Şirxanlı günlərin, Şirxansız günlərin tarixini....

Bu gün Şirxanın ruhu Vətən səmasından boylanır və atasına deyir: “Geriyə, yollara baxma, ata, mən irəlidəyəm, çox irəlidə. Artıq geridə qalmış şirin bir xatirə deyiləm, bu günün, sabahın oxunulan, öyrənilən canlı qəhrəmanlıq dastanıyam. Mən canlı bir tarix, unudulmayacaq bir tarixəm, Vətən torpağının bir parçasıyam, özüm boyda bir parçası. Geriyə, yollara baxıb fikrə dalma, məni irəlidə, öndə axtar. Millətin qalibiyyət tarixinin sətirlərində axtar, zamana sığmayan zamansızlıqda axtar. Mən bu millətin qalibiyyət yolunun yolçularındanam ata, bu yolun yolçularının geridə işi olmaz...”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb