Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Şuşa, 13 iyun, AZƏRTAC
Bu gün respublikanın digər bölgələrində olduğu kimi, Şuşa şəhərində də “Son zəng” tədbiri keçirilib. Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə başa çatıb.
Müxbir – Tahir Ağaməmmədov