Atçılığın konkur növü üzrə paytaxt turnirinin qalibləri müəyyənləşib
Bakı, 25 iyul, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümü münasibətilə atçılığın konkur növü üzrə paytaxt turniri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, 60-80 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda “Valonka” ləqəbli atla Məryəm Lütvəlibəyova birinci olub. 100-105 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda “Alart S” ləqəbli atla Aydan Ağayeva bütün rəqiblərini qabaqlayıb.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.