Autizmdən əziyyət çəkən uşaqlar üçün konsert proqramı təqdim edilib
Bakı, 3 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 2 aprel - Dünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxışçılar ölkəmizdə belə tədbirlərin keçirilməsində məqsədin autizmdən əziyyət çəkən uşaqlara, onların valideynlərinə dəstək olmaq, aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələlərə yönəltmək olduğunu bildiriblər.
Tədbirdə tanınmış müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib. Müğənnilərin ifaları uşaqlarda xoş təəssürat yaradıb.