AVRO-2024: İngiltərə millisi final mərhələsinə vəsiqə qazanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma keçirilib.
A qrupunda Ukrayna millisi Maltanı, İngiltərə yığması İtaliyanı məğlub edib. Qələbə britaniyalıları final mərhələsinə daşıyıb.
G qrupunda Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Lakin səfərdə Litva ilə heç-heçə edən komanda bunun öhdəsindən gələ bilməyib. Qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqroya qalib gəlib.
H qrupunda Qazaxıstan Finlandiyanı, Sloveniya Şimali İrlandiyanı, Danimarka isə San Marinonu üstələyib. Bu qrupda da bütün suallara son iki turda aydınlıq gələcək.
AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr
C qrupu
22:45. Malta - Ukrayna - 1:3
22:45. İngiltərə - İtaliya - 3:1
Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna - 13 (7), İtaliya - 10 (6), Şimali Makedoniya - 7 (6), Malta - 0 (7)
G qrupu
22:45. Litva - Macarıstan - 2:2
22:45. Serbiya - Monteneqro - 3:1
Xal durumu: Macarıstan - 14 (6), Serbiya - 13 (7), Monteneqro - 8 (6), Litva - 6 (7), Bolqarıstan - 2 (6)
H qrupu
20:00. Finlandiya - Qazaxıstan - 1:2
22:45. Şimali İrlandiya - Sloveniya - 0:1
22:45. San Marino - Danimarka - 1:2
Xal durumu: Sloveniya - 19 (8), Danimarka - 19 (8), Qazaxıstan - 15 (8), Finlandiya - 12 (8), Şimali İrlandiya - 6 (8), San Marino - 0 (8)
Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər.