AVROPA BİRLİYİ ÜZVLÜYƏ NAMİZƏD DÖVLƏTLƏRİ AVRO MƏKANINA İNTEQRASİYA SINAĞINA ÇƏKİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2004-cü il mayın 1-dən etibarən Avropa Birliyinə qəbul olunacaq 10 ölkədən altısı - Macarıstan, Estoniya, Latviya, Litva, Malta və Kipr avro məkanına qoşulmaq barədə Frankfurtda Avropa Mərkəzi Bankı ilə danışıqlar aparırlar. Avropa Birliyinin mövcud qanunlarına əsasən, Birliyə üzvlüyə namizəd ölkələr Maastrixt müqaviləsinin tələblərinə uyğun olaraq, azı iki il müddətində öz ölkələrinin pul-maliyyə siyasətini adaptasiya prosesindən keçirməlidirlər. Qalan dörd namizəd ölkə - Polşa, Çexiya, Slovakiya və Sloveniya isə hələlik vahid Avropa valyutasına keçid danışıqlarına cəlb olunmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]