Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır

Bakı, 12 mart, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında tərəfdaşlığın inkişaf etdirilməsi və gələcək planlar ətrafında müzakirələr aparılıb.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bir çox təsisatlarla olduğu kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də tərəfdaşlıq əlaqələri qurulub. Son 30 ildə bu maliyyə qurumu Azərbaycanda transformasiya prosesinə, iqtisadiyyatın şaxələndirilməsinə dəstək göstərib və görülmüş işlərdə yaxından iştirak edib. Bu müddətdə Bank öz diqqətini daha çox özəl sektor üzərində cəmləyib, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitlə bağlı yerli valyuta ifadəsində layihələrin icrasını uğurla həyata keçirib. Bu baxımdan qurumun Azərbaycan Mərkəzi Bankı ilə SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığı kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edib. Ötən dövr ərazində Bankın 3 milyard avrodan çox məbləğdə layihələri maliyyələşdirməsi qurumun Azərbaycana göstərdiyi diqqət kimi də dəyərləndirilə bilər.

Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması mühüm əhəmiyyət kəsb edir və bu, Bankla Azərbaycan arasında yaranmış əməkdaşlığın digər önəmli tərəfidir. İndiyədək Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda dövlət şirkətlərinə aid 13 layihənin maliyyələşməsində yaxından iştirak edib. Bu günədək həmin layihələrdən 12-si tamamlanıb, sonuncu layihə isə tamamlanma prosesindədir. Bu vaxta qədər Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bir çox sahələrə, xüsusilə də enerji layihələrinin icrasına maliyyə vəsaiti ayırıb. Bank Cənub Qaz Dəhlizi çərçivəsində həmin layihənin sonuncu hissəsi olan TAP-a 1 milyard avro vəsait ayırıb və layihənin maliyyələləşdirilməsində yaxından iştirak edib. Məhz Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın uğurlu enerji siyasətinin davamı və Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət hesab edilə bilər.

Hazırda Azərbaycanın əsas məqsədi qeyri-neft sektorunu, kənd təsərrüfatını, qeyri-enerji sənayesini inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirlməsinə nail olmaqdır. Sözsüz ki, enerji sektoru hələ də Azərbaycan iqtisadiyyatı üçün aparıcı sahə olaraq qalır. Bu sektor Azərbaycanın sabit və dayanıqlı inkişafını təmin edir. Son bir neçə ildə Azərbaycan neft satışlarından topladığı vəsaiti özəl sektorun inkişafına, sənaye potensialını dəstəkləməyə yönəltməklə qeyri-enerji sənayesində artıma nail ola bilib. Son məqsəd isə ölkənin neft və qaz sektorundan asılılığını azaltmaq, iqtisadiyyatın şaxələndirilmiş inkişafına nail olmaqdır.

Ötən il Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin nəticələri regionda həm yeni geosiyasi vəziyyət yaradıb, həm də ölkə qarşısında yeni imkanlar açıb. Bu, nəinki Azərbaycanın, eləcə də regionun inkişafında yeni bir dövrün başlanğıcıdır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional əməkdaşlıq, inkişaf, bağlılıq üçün yeni imkanlar açılıb və Azərbaycan bunlara hazır olduğunu bəyan edib. İndi Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş əraziləri bərpa etmək və Qarabağın reinteqrasiyasına nail olmaqdır. Son 30 ildə Qarabağdakı bütün tarixi mədəni irsin, infrastrukturun, yaşayış və qeyri-yaşayış mənzil fondunun, ekoloji tarazlığın Ermənistan tərəfindən məhv edilməsi, başlıcası isə ərazilərin başdan-başa minalanmış olması müharibədən sonra Azərbaycanın bu bölgədə qarşılaşdığı əsas çətinliklərdəndir.

Ermənistanın təcavüzü nəticəsində Qarabağın böyük bir fəlakət zonasına çevrilməsinə baxmayaraq, Azərbaycan bu bölgəni nəinki dirçəltməkdə, hətta dünyanın ən gözəl məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Qarabağ müharibəsinin faktiki sonu olan Bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə başlamış genişmiqyaslı tikinti işləri Azərbaycanın bu istiqamətdəki qətiyyətini bir daha sübut edir. Qısa müddətdə Prezident İlham Əliyev tərəfindən Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini isə elektrik enerjisi ilə təmin edəcək. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yanaşı, Füzuli Beynəlxalq Hava Limanının, ümumi uzunluğu 101,5 kilometr olan “Zəfər” adlı Füzuli-Şuşa avtomobil yolunun, ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası davam etdirilir. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün enerji təchizatının 100 faiz tamamlanması və sair layihələrin icrası da planlaşdırılır.

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan edib. Çünki bərpa olunan enerji mənbələri baxımından Qarabağ böyük potensiala malikdir. Bu regionda əsasən bərpa olunan enerji mənbələrindən - su, günəş və külək mənbələrindən istifadə planlaşdırılır. Həmin layihələrin reallaşdırılmasında Azərbaycan dost ölkələrin dəstəyinə, o cümlədən beynəlxalq şirkətlərin və maliyyə qurumlarının, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə mövcud əməkdaşlığa güvənir.

Hazırda Azərbaycanın böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəsi var. Həmin layihələrin maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankı yaxından iştirak edib. Azərbaycan bundan sonra da bu cür əməkdaşlığın davam etdiriləcəyinə, Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağdakı investisiya layihələrinin maliyyələşdirilməsində iştirakına ümid edir. Avropa Yenidənqurma və İnkişaf Bankı isə öz növbəsində, Azərbaycan hökuməti ilə qurum arasında külək və günəş enerjisi sahələrində əməkdaşlıqda, bununla bağlı qanunvericilik bazasının yaradılmasında, nəqliyyat, bərpa olunan enerji, “Gəncə - Green City” layihəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, telekommunikasiya, bank sektoru və işğaldan azad edilmiş rayonlarda həyata keçirilən və icra olunacaq layihələrlə bağlı məsələlərin həllində razılığa gəlinməsində maraqlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib