Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib
Tbilisi, 22 avqust, AZƏRTAC
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində iki ölkə arasındakı mədəni və dostluq əlaqələrinə həsr olunmuş “Azərbaycan-Gürcüstan: Yeni tanışlıqlar və xoş xatirələr” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində reallaşan gənclər düşərgəsi barədə ətraflı məlumat verilib. Bildirilir ki, avqustun 17-dən 20-dək davam edən təşəbbüsün əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı və gürcü gəncləri bir araya gətirmək, onların milli-mədəni dəyərləri daha yaxından tanımasına və dünyagörüşlərinin zənginləşməsinə şərait yaratmaqdır.
Qeyd edilir ki, düşərgə çərçivəsində gənclər arasında yeni dostluq körpülərinin salınması və asudə vaxtın səmərəli təşkili ön plana çəkilib. Proqram daxilində silsilə maarifləndirici görüşlər, interaktiv komanda oyunları, intellektual yarışlar və rəngarəng mədəni tədbirlər keçirilib.
Məqalədə vurğulanır ki, bu cür layihələr regionda yaşayan gənc nəsillər arasında dialoqun dərinləşməsinə və tarixi qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]