Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib
Berlin, 22 avqust, AZƏRTAC
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya səfər edib.
AZƏRTAC xəbər verir ki, nazir Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində reallaşdırılan səfərlə əlaqədar media nümayəndələrinə açıqlamasında əsas mövzulardan birinin ölkənin qarşıdan gələn qış mövsümünə hazırlanması və enerji infrastrukturunun qorunmasıdır. “Rusiya hücumlarla elektrik enerjisi və istilik təchizatı kimi mülki infrastrukturu qəsdən hədəfə alır. Buna görə də biz artıq qış haqqında düşünürük və Ukraynanın qış hazırlıqlarına dəstək olmaq üçün çalışırıq”, - deyən Y.Vadeful Almaniyanın Ukraynaya dəstəyinin davamlı olacağını vurğulayıb.
Nazir Almaniyanın Ukraynanı generatorlar, ehtiyat hissələri və digər enerji avadanlıqları ilə təchiz etdiyini, eləcə də ölkənin enerji sektoruna və kritik infrastrukturunun dayanıqlığının artırılmasına dəstək verdiyini bildirib.
O, səfər çərçivəsində təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi, hərbi imkanların gücləndirilməsi və təcrübə mübadiləsinin də müzakirə olunacağını qeyd edib.
Y. Vadefulun sözlərinə görə, əsas məqsəd beynəlxalq dəstək hesabına Ukraynanın müharibəyə daha uzun müddət davam gətirməsini təmin etmək və Rusiyanı müharibəni davam etdirməkdən çəkindirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]