Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib YENİLƏNİB
Bakı, 21 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan görüş milli komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.
19:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşır. Milli Gimnastika Arenasında təşkil olunan görüş saat 19:00-da start götürüb.