Kasım-Jomart Tokayev prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb
Astana, 23 avqust, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi və həmin seçkilərin nə vaxt keçiriləcəyi barədə danışmağın hələ tez olduğunu bildirib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bunu Qurultaya deputat seçkilərində səs verdikdən sonra keçirilən brifinqdə deyib.
O, Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq yenidən prezident seçilmək üçün qanuni hüquqa malik olduğunu təsdiqləyib.
Dövlət başçısı əlavə edib ki, ola bilsin, gələn il bu suala daha konkret cavab verə biləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]