Avropanın cənubuna qar yağmış, şimalında isə yanğınlar tüğyan edir
Bakı, 10 may (AZƏRTAC). Avropada da əlverişsiz hava şəraiti ilə mübarizə aparırlar.
Balkan yarımadası güclü siklonla üzləşmişdir. Rumıniya və Serbiyaya qar yağması yerli sakinləri təəccübləndirmişdir. Termometrlərin civə sütunları sıfır dərəcəyə enmiş, yollar buz bağlamışdır. Nəticədə onlarca yol-nəqliyyat qəzası baş vermiş, nəhəng tıxaclar yaranmışdır. Qaryığan texnika avral rejimdə işləyir.
Norveçdə isə dalbadal bir neçə gündür ki, meşə yanğınları tüğyan edir. Ölkənin cənub və şərq rayonlarında onlarca yanğın ocağı əmələ gəlmişdir. Fövqəladə xidmətlərin bütün səylərinə baxmayaraq, yanğının öhdəsindən gəlmək hələlik mümkün deyildir, çünki alovun ətraf ərazilərə yayılmasına quru və küləkli hava kömək edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]