Avstriya paytaxtında pandemiya ilə əlaqədar məhdudiyyətlər sərtləşdiriləcək
Vyana, 5 noyabr, AZƏRTAC
Avstriyada koronavirusa yoluxma hallarının artmasını (gündəlik 6500-7000 yoluxma) nəzərə alaraq, Vyana bələdiyyəsi bütün ölkə üzrə tətbiq edilən qaydalardan əlavə məhdudiyyətləri nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, Vyana şəhərinin meri Mixael Ludviq vəziyyətin gərginləşəcəyini gözləməyəcəklərini bildirib. Onun sözlərinə görə, Avstriyada ilk dəfə Vyanada valideynlərin arzusu əsasında 5-12 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd oluna biləcəklər. Hazırda bu istiqamətdə xüsusi fəaliyyət proqramının hazırlandığını bildirən mer bu yaş qrupundakı uşaqlar üçün rəsmi lisenziya prosesindən keçməmiş (off-label) peyvəndlərin təklif ediləcəyini bildirib.
Merin sözlərinə görə, paytaxt Vyanada qapalı məkanlara giriş yalnız peyvənd olunmuş və xəstəliyi keçirdiyinə dair arayışı olan şəxslərə mümkün ola biləcək. Gələn həftənin sonunda bu məhdudiyyət tətbiq ediləcək və həmin vaxtdan etibarən testlə qastronomiya və ictimai-iaşə obyektlərinə giriş qadağan ediləcək.
M.Ludviq, eyni zamanda peyvəndin üçüncü dozası ilə bağlı şəhərdə təbliğat kampaniyasının gücləndiriləcəyini ifadə edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]