AVSTRİYADA BAHALAŞMA SON 15 İLDƏ ƏN YÜKSƏK HƏDDƏ ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Avstriya Statistika İdarəsinə (Statistik Austria) istinadla xəbər verir ki, Avstriyada iyunda qeydə alınmış 3,9 faiz inflyasiya ölkədə istehlak mallarında bahalaşmanı son 15 ildə ən yüksək həddə çatdırmışdır.
Qurumun məlumatına görə, ən çox bahalaşan yanacaq və qida məmulatlarıdır. Ötən 15 ilin ümumi bahalaşma fonunda 32 faiz paya malik yanacaq məhsulları içərisində ən yüksək göstərici (44 faiz) isə dizel yanacağına məxsusdur. Qida məmulatlarında 7,4 faiz bahalaşma qeydə alınmışdır. Süd və süd məhsullarında bahalaşma 19 faiz, un və un məhsullarında isə 11 faiz təşkil edir.
Daşınmaz əmlak bazarında vəziyyətin nisbətən sabit olaraq qaldığı bildirilir. Bu sahədə bahalaşma ümumi göstəricidən (3,9 faiz) az - 3,3 faizdir.
Ölkədə bahalaşmanın yan keçdiyi az sahələrdən biri telekommunikasiya xidmətləridir. Ekspertlərə görə, istehlakçılar üçün telefon və internet qiymətlərinin 3,1 faiz ucuzlaşmasını yalnız zəif təsəlli kimi qeyd etmək olar.
Federal Rəqabət Komissiyasının araşdırmaları və bazar müşahidələri göstərir ki, son dövrlərdəki bahalaşmalar yalnız qismən beynəlxalq bazarlarda enerji daşıyıcılarının qiymət artımı, valyuta bazarında qeyri-sabitlik və iqtisadi böhranla izah edilə bilər. Bahalaşmanın üçdəbir hissəsinin yerli qida sənayesi konsernləri arasında bazar qiymətlərinin razılaşdırılmasından ibarət olduğunu bildirən komissiya Federal İqtisadiyyat Nazirliyinə bazar qiymətlərini tənzimləməyə yönələn addımlar atmağı tövsiyə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]