AXA MBASK yığımı iki dəfə artırmışdır
Bakı, 14 may (AZƏRTAC). AXA MBASK üç ay ərzində 2,6 milyon manatdan çox vəsait toplamışdır.
2011-ci ilin birinci rübünün yekunlarına görə, AXA MBASK
2 636 232 manat məbləğində sığorta haqqı toplamışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıqdır.
Şirkət 634 928 manat sığorta ödəmişdir. Ənənəvi olaraq, ödənişlərin əksər hissəsi - 374 069 manat - avtomobil sığortasına aiddir. İkinci yerdə 226 769 manatla tibbi sığorta gəlir. 19 332 manat xaricə gedənlərin sığortasının, 14 448 manat yanğından sığortanın payına düşür.
Birinci rüb üçün şirkətin bir sığorta polisi üzrə ən iri ödənişi -18 050 manat avtomobilin sığorta olunması üzrə müqavilə çərçivəsində həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]