AZAL IOSA auditindən uğurla keçib
Bakı, 18 yanvar, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA) uğurla keçib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, IOSA auditi aviaşirkətin uçuş təhlükəsizliyinə təsir edən əsas fəaliyyət sahələrini, o cümlədən hava gəmilərinin təmiri və texniki xidmət, uçuşların yerinə yetirilməsi, əməliyyatlara nəzarət və uçuşların planlaşdırılması, hava gəmilərinə yerüstü xidmət, yük daşımaları, aviasiya təhlükəsizliyi, təşkilat və idarəetmə sistemlərini əhatə edir. IOSA auditinin uğurla tamamlanması hava nəqliyyatı sənayesində aviadaşıyıcının etibarlılığının və yüksək təhlükəsizliyinin sübutu kimi qəbul edilir. IOSA beynəlxalq səviyyədə tanınmış audit prinsiplərinə əsaslanır. Proqrama əsasən auditlər standart və davamlı şəkildə həyata keçirilir. IATA təşkilatı aviaşirkəti təxminən 1000 IOSA təhlükəsizlik və keyfiyyət standartlarına əsasən iki ildə bir dəfə yoxlayır. Auditlər IATA-nın xüsusi akkreditasiya prosesindən keçmiş təşkilatlar tərəfindən aparılır. Həmçinin eyni audit təşkilatının ardıcıl olaraq aviaşirkətin yoxlanmasının həyata keçirməsinin qarşısı alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]