MƏDƏNİYYƏT
AZƏRBAYCAN ALİMİ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞDİR
Krımın Simferopol şəhərində I Beynəlxalq xalq mədəniyyəti simpoziumu keçirilmişdir. Türkiyə Folklor Araşdırmalar Mərkəzinin, Türkiyə-Qazaxıstan Əhməd Yasəvi Universitetinin və Krım Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tərdbirdən əsas məqsəd xalqlar arasında ədəbi və mədəni əlaqələri genişləndirmək və onu inkişaf etdirməkdir. Simpoziumda həmyerlimiz, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev “Məmməd Araz poeziyası” mövzusunda məruzə etmişdir. Alimimizin məruzəsi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Simpoziumun keçirildiyi günlərdə Türkiyənin Van Universiteti, Bakı Asiya Universiteti və Simferopol Mühəndislik və Pedaqoji universitetləri arasında qarşılıqlı yardım və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək barədə müqavilə imzalanmışdır.