AZƏRBAYCAN ALİMİNİN YENİ TEXNOLOGİYASI BEYNƏLXALQ ELMLƏR AKADEMİYASINDA YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
BEA-nın Azərbaycan bölməsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, akademiyanın Rəyasət heyətinin BMT-yə, YUNESKO-ya, digər beynəlxalq təşkilatlara və dövlət başçılarına müraciətində seysmik fəal zonalarda yerləşən ölkələrdə bu texnologiyanın geniş tətbiq edilməsi tövsiyə olunur. BEA-nın Şərqi Avropa bölməsinin vitse-prezidenti və Azərbaycan bölməsinin prezidenti Elçin Xəlilov akademiyanın Rəyasət heyətinin və elm və təhsil sahəsində fəaliyyət göstərən “Eurasia-Pacific Uninet” beynəlxalq təşkilatının birgə qərarı ilə seysmik risk və seysmik davamlı inşaat üzrə yenidən yaradılmış Beynəlxalq komissiyanın sədri seçilmişdir. Fəal işinə, elm və texnologiyalar sahəsində əldə etdikləri böyük nailiyyətlərə görə, BEA-nın İnsbrukdakı iqamətgahında Azərbaycan, Rusiya və Braziliya bölmələrinin daimi pavilyonlarının açılması da qərara alınmışdır.
Milli və beynəlxalq gömrük hüququnun inkişafında müasir elmi metodların və texnologiyaların tətbiqi sahəsində xidmətlərinə, beynəlxalq konfrans və forumların keçirilməsinə yardımına və həmin tədbirlərdə fəal iştirakına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov BEA-nın fəxri akademiki seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [15:24]
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]