Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 14 aprel, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hüceyrənin membran sistemləri laboratoriyasının əməkdaşlarının apardıqları tədqiqatların nəticələrini əks etdirən “Qarğıdalı (Zea mays L.) xloroplastlarının mezofil və örtüktopa tilakoidlərinin biokimyəvi xüsusiyyətləri və ultraquruluşu” mövzusunda məqalə nüfuzlu “Functional Plant Biology” jurnalında çapa qəbul edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işi fotosintezin C4 metabolizminə aid olan qarğıdalı bitkisinin iki müxtəlif tip hüceyrələrinin fotosintetik aparatının və ultraquruluşunun müqayisəli araşdırılmasına həsr olunub. Tədqiqatlar zamanı Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində olan yüksək göstəricilərə malik JEM-1400 TEM markalı (Yaponiya istehsalı) elektron mikroskopundan da istifadə edilib.
“Functional Plant Biology” Avstraliyanın bitki sahəsində çalışan alimlər cəmiyyətinin rəsmi jurnalıdır və 2.327 impakt faktora malikdir.
Qeyd edək ki, bu istiqamətdə işlər uğurla davam etdirilir.