AZƏRBAYCAN AŞPAZLARI BEYNƏLXALQ FESTİVALIN QRAN-PRİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞLƏR
Ukrayna, Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Moldova, Yunanıstan və Yaponiyanın ən yaxşı kulinarları üç gün ərzində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Kulinarları Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun başçılığı ilə beynəlxalq münsiflər heyətinin nəzarəti altında məharətlərini nümayiş etdirmişlər.
VII Beynəlxalq Kulinariya sənəti festivalının qalibləri və nominantlarının adları təntənəli şəkildə açıqlanmışdır. “I dərəcəli qızıl şef-aşpaz” nominasiyasında məhşur Azərbaycan kulinarı Tahir Əmiraslanov qalib gəlmişdir. Aynur Əmiraslanova, Natiq İmanov, Rəhman Ələkbərov, Nailə Mürsəlova, İradə Abbasova, Rüfət Əliyarov, Elmira Həsənova və Səbinə Əliyevadan ibarət Azərbaycan komandasının müsabiqənin Qran-pri mükafatına layiq görülməsi xəbəri alqışlarla qarşılanmışdır.
Yalçın Manafın başçılığı ilə müsabiqənin gümüş medalını qazanan və müxtəlif nominasiyalarda qalib gələn Türkiyə komandasının uğurunu da xüsusi qeyd etmək lazımdır.
Tahir Əmiraslanov AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, komandamızın qələbə sevincini haqlı olaraq bütün Azərbaycan xalqı bölüşür. Bu qələbə 12 noyabr Konstitusiya gününə gözəl hədiyyədir. T.Əmiraslanov respublikada kulinariya sənətinin inkişafına və Azərbaycan mətbəxinin bütün dünyada təbliğinə böyük diqqət yetirən ümummilli liderimiz Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə xatırlamışdır.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev qeyd etmişdir ki, bu müsabiqənin dost Ukraynada keçirilməsi müstəqil dövlətlərimizin münasibətlərini daha da möhkəmləndirəcəkdir. Bu yaxınlarda baş vermiş əlamətdar hadisə - “İlin adamı” Ukrayna ümummilli proqramı Ali Akademik Şurasının Prezident İlham Əliyevi ictimai-siyasi fəaliyyət sahəsində beynəlxalq mükafatla təltif etməsi ukraynalıların ölkəmizə və xalqımıza sonsuz məhəbbət və rəğbətinin təzahürüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]