Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları peşə bayramlarını qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

AAYDA-nın inzibati binasında “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr edilən brifinqdə agentliyin idarə heyətinin sədri S.Məmmədov geniş məruzə ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur: “2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı. Mübariz Ordumuz tərəfindən 44 gün davam edən və işğal altındakı tarixi torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranmış yenilməzlik mifi puç oldu. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa müddət ərzində düşmən ordusunun hərbi texnikasını məhv etməklə, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən və noyabr ayının 8-də başa çatmış Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan Prezidentinin dediyi kimi: “İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır”.

S.Məmmədov deyib: “Çox fərəhlidir ki, müharibə davam etdiyi bir zamanda, Azərbaycan Prezidenti Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edilən kimi bizə uzunluğu 29 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpası tapşırığını verdi. Bu gün fərəh hissi ilə bildirirəm ki, bu tapşırıq “54 və 17 №-li Yol İstismarı” MMC tərəfindən ötən il dekabr ayının 20-də asfalt-beton örtüyünün alt qatı səviyyəsində yerinə yetirilib”.

Qeyd edilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun, Goranboy rayonunun Tapqaraqoyunlu və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davam etdirilməsi, beləliklə Tərtər rayonu ilə Goranboy və Naftalan rayonları arasında alternativ yeni bir avtomobil yol bağlantısı yaradılması işləri də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin ikinci vacib tapşırığı Azərbaycanın tacı, abidələr şəhəri, mədəniyyət mərkəzi Şuşaya Füzuli rayonu ərazisindən yeni birinci dərəcəli avtomobil yolunun çəkilməsi olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən, Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinin təməlini qoyublar. Bu avtomobil yolunun inşası “7 nömrəli Magistral Yol İstismarı” MMC, “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “AzVİRT” MMC və Türkiyənin 2 şirkəti - “Kolin İnşaat Sanayi Turizm” ve “Ticaret A.Ş və Özgun Yapi Senaye ve Ticaret AŞ” tərəfindən davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2661 kilometr uzunluğunda avtomobil yolu və 90 ədəd körpü var. Uzun illər baxımsız vəziyyətdə olan bu avtomobil yolları və körpülərin hamısı yaxın illərdə tərtib edilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq yenidən tikiləcək və bərpa olunacaq.

S.Məmmədov daha sonra 2020-ci ildə agentlik tərəfindən yerinə yetirilmiş işlər barədə məlumat verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2020-ci il ərzində 1385,3 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr salınıb, yenidən qurulub və təmir olunub. O cümlədən respublika əhəmiyyətli 254,6 kilometr, yerli əhəmiyyətli 767,2 kilometr, Bakı şəhərində 342,1 kilometr, Sumqayıt şəhərində 21,4 kilometr yol salınıb: “Azərbaycan Respublikası Prezidentinin daimi diqqət və qayğısının nəticəsidir ki, Dünya İqtisadi Forumunun ("World Economic Forum") avtomobil yollarının vəziyyətinə dair hesabatına ("Quality of roads") əsasən, Azərbaycan MDB məkanında 1-ci yer olmaqla ən yüksək nəticə göstərib. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşıb. Keçən il bu hesabata əsasən 27-ci yerdə idik. 2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilib, 3 körpü təmir edilib, 2 avtomobil tuneli tikilib, bir yeni metal dəmir yolu yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib. O cümlədən R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda 7, M-4 magistral avtomobil yolunun Bakı-Şamaxı-Muğanlı hissəsində 2 körpü və 2 yeraltı piyada keçidi, R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 3, R-57, M-5 (46 kilometr) Şəki avtomobil yolunda 5, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrində, Xırdalan dairəsində 2 əlavə avtomobil tunelinin tikintisi, Bakı şəhərində 1 yeraltı və 6 yerüstü piyada keçidi, Xırdalan dairəsinin yaxınlığında 1 yeni metal dəmir yolu ötürücüsünün tikintisi aparılıb. 2020-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib. Bu layihələrdən 27 avtomobil yolu və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb. Bundan əlavə, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 12,3 kilometr olan respublika əhəmiyyətli, uzunluğu 50,9 kilometr olan kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 84,7 kilometr olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib. Prezident İlham Əliyev ümumilikdə 2020-ci il ərzində 35 dəfə avtomobil yolu və yol qurğularının açılışı və təqdimatı mərasimlərində iştirak edib, öz dəyərli tövsiyə və tapşırıqlarını verib”.

Qeyd olunub ki, ölkəmizin şimal və şimal-qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq, bu istiqamətdə və əksinə baş verən tıxac problemini qismən həll etmək məqsədilə Bakı-Sumqayıt yolunun “20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində yolun genişləndirilməsi işləri ötən ilin iyun ayında başa çatdırılıb. Bu işlərdən ən önəmlisi, “Xırdalan dairəsi”ndəki mövcud tunelin yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağının yaradılması işləridir. Yeni tikilən tunellərdən sonra, dayaqları yolun hərəkət hissəsinə düşən dəmir yolu körpüsü də sökülərək yeni bir aşırımlı metal körpünün tikilməsi, bu ərazidə hərəkətin sıxlığını aradan qaldırıb. Həmçinin Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi də başa çatmaq üzrədir. Qovşaq 2 yol ötürücüsündən ibarətdir (4 aşırımlı 128 metr və 3 aşırımlı 96 metr, yol ötürücülərinin eni 9 metrdir). Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə və əksinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılmış olacaq. Respublika rəhbərliyinin tapşırığına uyğun olaraq, cari ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında, uzunluğu 24,5 kilometr olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi işləri də sürətlə davam etdirilir.

Bildirilib ki, hesabat dövrü ərzində ümumilikdə agentlik tərəfindən 120 min 694 ton bitum və 15 min 229 ton mazut istifadə edilib, 2 milyon ton asfalt-beton istehsal edilib. Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsini nəzərə alaraq, 160,7 ton bituma adgeziya qatqısı alınaraq asfalt-beton örtüyünün tikintisində istifadə edilib.

Məlumat verilib ki, 2020-ci il ərzində Bakı şəhərində ümumi uzunluğu 342,1 kilometr olan şəhər və qəsəbədaxili avtomobil yolları yenidən qurulub və təmir olunub. Belə ki, investisiya vəsaiti və Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında müxtəlif mənbələrdən ayrılmış vəsait hesabına uzunluğu 257,4 kilometr, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına isə uzunluğu 84,7 kilometr yol yenidən qurulub. 2020-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi (92 kilometr, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 kilometr hissəsinin tikintisi (60 kilometr, 4 hərəkət zolaqlı) işləri davam etdirilib. Yeni tikilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ilk 30 kilometr hissəsində yol-tikinti işləri başa çatdırılıb, dekabr ayının 27-də dövlət başçısının iştirakı ilə açılış mərasimi keçirilib. Hazırda magistralın qalan hissələrində tikinti işləri davam etdirilir və 2021-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral avtomobil yolunun ödənişli olacağını nəzərə alaraq ödəmə məntəqələrində avadanlıqların quraşdırılması, 240 kilometr uzunluğunda optik kabelin çəkilişi işləri görülür. Ödənişlərin “ASAN xidmət”in “ASANPAY” ödəniş servisi vasitəsilə yığılması və birbaşa olaraq Xəzinədarlığa toplanılması nəzərdə tutulur. Bundan əlavə Bakı şəhərinin Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində 2,5 kilometr uzunluğunda daxili küçələrin tikintisi də başa çatdırılıb. Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 kilometr) və Zərdab avtomobil yolunun (42 kilometr) tikintisi də artıq yekunlaşıb. M-1 magistral avtomobil yolunun 16-30-cu kilometr hissəsinin uzun illər istismar edilən və intensiv hərəkət altında olan sement-beton örtükdə yaranmış ciddi qüsurlar səbəbindən, sökülərək asfalt-beton örtüklə əvəz edilməsi işləri də sürətlə davam etdirilir. M-2 magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin bərpası (47 kilometr, 4-6 hərəkət zolaqlı), R-8 Muğanlı-İsmayıllı-Qəbələ və Oğuz-Şəki avtomobil yolunun layihələndirilməsi və yenidən qurulması layihələri üzrə işlər də davam etdirilib. 2020-ci il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 kilometr, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 kilometr, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki dairəsi hissəsinin və R-57 Şəki dairəsi-Şəki yolunun yenidən qurulması (58,12 kilometr, 2 hərəkət zolaqlı), R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59,8 kilometr, 2 hərəkət zolaqlı) layihələri üzrə işlər davam etdirilib. M-2 Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Podratçılar Türkiyənin “Özgun Yapi Senaye ve Ticaret AŞ” (Lot 1), “Polat Yol Yapi Senaye ve Ticaret AŞ” (Lot 2) və Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (Lot 3) şirkətləridir. Texniki nəzarətçi isə İtaliyanın “İRD Engineering” şirkətidir. 2021-ci ilin yanvarın 1-nə yerinə yetirilən işlər Lot 1 üzrə 63,51 faiz, Lot 2 üzrə 68,84 faiz, Lot 3 üzrə 47,36 faiz təşkil edir. Uzunluğu 130,15 kilometr olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanılıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 59,8 kilometr olan II dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanılıb, 2020-ci ilin sentyabr ayında müqavilədə nəzərdə tutulduğundan 5 ay əvvəl yekunlaşıb. R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi (2921AZE) çərçivəsində həyata keçirilir. Uzunluğu 70,5 kilometr olan II texniki dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanılıb, 2020-ci ilin noyabr ayında başa çatıb. M5- Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki dairəsi hissəsinin yenidənqurulması və R-57 Şəki dairəsi-Şəki (12 kilometr) avtomobil yolunun bərpası layihəsi Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi (3144AZE) çərçivəsində həyata keçirilir. Yolun uzunluğu 46,12 kilometr olan II texniki dərəcəli və 12 kilometr olan III dərəcəli hissələrin tikintisi işlərinə 2019-cu ilin mart ayında başlanıb, 2020-ci ilin noyabr ayında tamamlanıb.

Qeyd edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır. 2020-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 3100 yol nişanları, 465 məlumatverici göstərici lövhə, 9998 siqnal dirəkləri, 1220 ədəd üçbucaq tipli bayraq, 9920 poqonmetr əyrixətli tirlər quraşdırılıb və bərpa edilmiş 651,7 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib. 2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Bakı şəhərində çatışmayan yol nişanlarından 3 162 ədədi quraşdırılıb. 2020-ci il ərzində Bakı şəhərində 75 və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 429 olmaqla, yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 504 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 7858 poqonmetr əyrixətli tirlər, 80 poqonmetr mühafizə çəpərləri, 32 işıq dirəyi, 19 ədəd yol nişanı, 43 metr körpü məhəccəri, 1 sərnişin dayanacağı, 9 ədəd səsboğucu, 3 ədəd informatik lövhə yararsız hala düşüb. Ümumilikdə, yol təsərrüfatına 637 min 47,16 manat məbləğində maddi ziyan dəyib, bundan 431 min 538,99 manatı (67,74 faiz) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 453 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 46 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib