Azərbaycan, Belarus və Özbəkistan sənət ulduzları eyni səhnəni bölüşəcəklər
Bakı, 21 noyabr, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində iştirak etmək üçün bir sıra xarici sənətkarlar dəvət edilib. Operada bu dəfə Azərbaycanın tanınmış sənətkarları ilə yanaşı, Belarus və Özbəkistanın opera ulduzları iştirak edəcək. Səhnə əsərində əsas partiyalardan birini - Leonoranı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Tatyana Tretyak ifa edəcək. O, səhnəni tərəf müqabili, Manriko rolunun ifaçısı Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovla bölüşəcək. Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Nina Makarova da səhnə əsərində rol alacaqlar. Opera teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]