“Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı çapdan çıxıb
Bakı, 26 dekabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, rəyçilər isə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Aynel Məşədiyeva və Cahid İsmayıloğludur.
Kitabda müasir ədəbi dilimizdə, dialekt və şivələrimizdə işlənən ikihecalı (türk mənşəli) sadə feillərin inkişaf yolu işıqlandırılıb, feildən, adlardan, həmçinin adlardan və feillərdən feil düzəldən şəkilçilər sistemli şəkildə araşdırılaraq konkret nümunələrlə izah edilib.
Nəşrdə XIII-XIV əsrlərin qiymətli poeziya nümunələri olan “Dastani-Əhməd Hərami” və “Mehri və Vəfa” məsnəvilərinin dilində işlənmiş arxaik sözlər də araşdırılıb.
Kitabla tanışlıq əsasında oxucular bəzi arxaik qrammatik formalar haqqında da məlumat əldə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]
BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib
- 11.06.2026 [15:08]