AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASINDA BEYNƏLXALQ TƏCRÜBƏDƏN İSTİFADƏ OLUNUR
AZƏRTAC xəbər verir ki, yeni dərs ilindən Azərbaycan Diplomatik Akademiyasında magistr proqramı tətbiq ediləcəkdir.
2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış akademiyada artıq tədris mexanizmi müəyyənləşdirilmiş, tədqiqat və cari tədris proqramı təsdiq edilmişdir. Məqsəd beynəlxlq münasibətlər sahəsində peşəkar kadrlar hazırlamaq, həmçinin professor və müəllim heyətini formalaşdırmaqdır.
Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bu baxımdan Avropa ilə yanaşı, Amerika diplomatiyasının təcrübəsindən də yararlanmağı vacib sayır. Rektor tədris prosesinə Yaponiya, Çin və Hindistandan olan təcrübəli mütəxəssislərin də cəlb olunacağını bildirmişdir.
Ötən müddətdə təhsil ocağında bir neçə tanınmış diplomat ustad dərsləri keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]