AZƏRBAYCAN DÜNYA TİCARƏT TƏŞKİLATINA DAXİL OLMASI ÜÇÜN MÜHÜM ADDIMLAR ATIR
Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olmasının əsas şərtlərindən biri də ölkəmizdə “Texniki tənzimlənmə haqqında” qanun layihəsinin qəbul olunmasıdır. Bu məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində müəyyən işlər görülmüşdür.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda aparılan mühüm iqtisadi islahatlar Agentliyin işinə də müsbət təsir göstərmişdir. Beynəlxalq standartların Azərbaycana tətbiqi ilə bağlı əməli addımlar atılmış, ərzaq və kənd təsərrüfatı, neft-kimya, informatika və turizm sahəsində yeni qurumlar fəaliyyətə başlamışdır. Bütün bunlara əsasən, ölkəmizin DTT-yə daxil olması üçün üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar müvafiq nazirlik, qurum və təşkilatlarla birlikdə “Texniki tənzimlənmə haqqında” qanun layihəsi hazırlanaraq bu təşkilatın ekspertlərinə təqdim edilmişdir. Eyni zamanda, Agentlikdə standartlaşdırma, metrologiya və sənaye mülkiyyətinin mühafizəsi üzrə Dövlət Proqramı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuş, ixracyönümlü məhsulların istehsalının artması ilə əlaqədar yeni Etalon Mərkəzi yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]
Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir
- 05.06.2026 [14:30]