Azərbaycan əczaçıları Avroasiya Əczaçılıq Forumunda iştirak edirlər
Bakı, 2 mart, AZƏRTAC
Martın 1-dən 3-dək Moskvada Avrasiya ölkələrinin Əczaçılıq Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Forumda əczaçılıq sahəsinin müxtəlif istiqamətləri üzrə müzakirələrin aparılması, hər bir ölkənin nümayəndələri ilə dəyirmi masaların təşkil olunması nəzərdə tutulur.
Forumda ölkəmizi Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat və ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov və Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov təmsil edirlər.