“AZƏRBAYCAN ƏDƏBİYYATINA YENİ DƏYƏRLƏR PRİZMASINDAN BAXIŞ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
ABŞ, Türkiyə və digər ölkələrin ədəbiyyatşünas alim və təhsil işçilərinin iştirak etdikləri konfransda universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bildirmişdir ki, tədbirin keçirilməsindən əsas məqsəd Azərbaycan ədəbiyyatının aktual problemləri ilə bağlı fikir mübadiləsi aparmaq, dünya ədəbiyyatı ilə qarşılıqlı əlaqələri genişləndirmək və tərcüməçilik sahəsində mövcud vəziyyəti müzakirə etməkldir. O, rəhbərlik etdiyi ali təhsil ocağında Azərbaycan ədəbiyyatı kafedrasının yaradıldığını diqqətə çatdırmışdır.
Təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və başqaları iştirakçıları salamlamış, mədəniyyətlərarası ünsiyyətdə tərcümənin əhəmiyyətini vurğulamışlar. Natiqlər Azərbaycan ədəbiyyatını dünyada daha da geniş təbliğ olunmasında bu ali təhsil ocağının xidmətlərini yüksək dəyərləndirmişlər.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Azərbaycan dövlətinin ədəbiyyat siyasəti”, Mehmet Rıhtımın (Türkiyə) “ Azərbaycan sufi ədəbiyyatında XV əsr abidəsi – Seyid Yəhya Bakuvinin “Şəfa – ül - əsra” əsəri”, “Azərbaijan İnternational” jurnalının baş redaktoru Betti Bleyerin “Əli və Nino” romanı ideoloji fərqlər alovuna bürünmüş dünyanın stereotiplərinə meydan oxuyur” mövzularında məruzələri dinlənilmişdir.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.