İDMAN
Azərbaycan gimnastları Polşada uğurla çıxış ediblər
Bakı, 3 avqust, AZƏRTAC
Bakıda keçirilən birinci Avropa Oyunları və onun ardınca dünyanın müxtəlif ölkələrindən gəlmiş gimnastların qatıldığı dolğun məşqlərdən sonra bədii gimnastika üzrə Azərbaycan yığma komandasının növbəti yarışının təyinat məntəqəsi Baltik dənizinin sahilləri olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu həftəsonu Polşanın Qdansk şəhərində təşkil olunan “Baltic Cup” adlı beynəlxalq yarışda komandamızın lideri Marina Durunda top və gürzlərlə çıxışına görə qızıl medal, çoxnövçülükdə isə gümüş medal əldə edib.
Baltik dənizinin sahillərindən Gülsüm Şəfizadə də medallarla qayıdır. O, halqa və lentlə çıxışlarına görə müvafiq olaraq, gümüş və bürünc medal qazanıb.
Yarışda Azərbaycanı təmsil edən digər gimnastımız Zeynep Celep dörd çıxışının nəticələrinə əsasən səkkizinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]