Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın növbəti iclasının bu il Tbilisidə keçirilməsi nəzərdə tutulub. İclas çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər davam edir.
“Ölkələrimiz arasında uzun əsrlər davam edən dostluq münasibətləri var. İndi bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Postpandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. İnanırıq ki, bugünkü tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək”, - deyə N.Qurbanov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]