Azərbaycan həkimləri üçün Moskvada translyasiya olunan distant kurslara başlanılmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də ilk dəfə olaraq Azərbaycanın 20 həkim-endokrinoloqu üçün Rusiya Federasiyasının paytaxtı Moskvada translyasiya olunan distant kurslar təşkil edilmişdir.
Distant kurslar Səhiyyə Nazirliyinin sifarişi əsasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində 2009-cu ildə imzalanmış müqavilə əsasında keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, distant tədris noyabrın 22-dək davam edəcəkdir. Kursların müəyyən hissəsində Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyasının əməkdaşları Bakıya gələrək buradan həm yerli kadrlar, həm də Rusiya həkimləri üçün paralel distant məşğələləri keçəcəklər. Bunun üçün ADHTİ-də bütün texniki imkanlar yaradılmışdır. Tədrisin bu cür təşkili onun keyfiyyətinin müasir standartlara çatdırmağa imkan verir. Beləliklə, dövlət siyasətinə uyğun olaraq informasiya texnologiyalarının bütün sahələrdə, o cümlədən diplomdansonrakı tibb təhsilində tətbiqi öz bəhrəsini verir.
İnstitutda distant təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin bu prosesə cəlb olunması tədrisin səviyyəsinin və son nəticədə bölgələrdə əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]