AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO – NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh naminə tərəfdaşlıq “ proqramı çərçivəsində aprelin 14-də Tbilisi şəhərində “İmmediate Response-2008” təliminin yekun planlaşdırma konfransı işə başlamışdır. Tədbir ayın 19-dək davam edəcəkdir.
Bundan başqa, həmin proqram çərçivəsində Ukraynanın Lvov şəhərində “Sea Breaze-2008” təliminin əsas planlaşdırma konfransı (14-18 aprel), Belçikanın Brüssel və Mons şəhərlərində “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu” (14-24 aprel) və Bakı şəhərində Qırmızı Xaç Komitəsi tərəfindən “Beynəlxalq humanitar hüquq üzrə təlim” kursu (14-18 aprel) keçirilir.
Bu tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri
iştirak edirlər.