Azərbaycan “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” mövzusunda regional seminarda təmsil olunub
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də GUAM Katibliyində bu quruma üzv dövlətlərin nümayəndələri üçün “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” regional seminar təşkil olunub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, tədbir Avropa Şurasının “Cinayətdən uzaq idman+” layihəsi çərçivəsində Ukrayna Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq və Katibliyin texniki dəstəyi şəraitində keçirilib. Seminara nazirlik və idarələrin, idman federasiyalarının, Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın Milli Olimpiya komitələrinin nümayəndələri qatılıblar.
Regional seminarın məqsədi Avropa Şurasının idman yarışlarının manipulyasiyasına qarşı Konvensiyasının, həmçinin həmin sənədin ratifikasiyası və implementasiyası üzrə digər müvafiq üsulların tətbiqi ilə yarışların nəticələrinin manipulyasına qarşı mübarizə məqsədi daşıyan milli platformaların yaradılması üçün praktiki və texniki yardımın göstərilməsidir.
Seminarda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]